BDU-da “Məktəblinin dostu” adlı pilot layihəsinin təqdimatı keçirilib

25/06/2019

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində Təhsil Nazirliyinin nümayəndələri tərəfindən bakalavriat və magistratura səviyyələrinin sonuncu kurs tələbələri üçün “Məktəblinin dostu” adlı pilot layihəsinin təqdimatı keçirilib.
Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir. “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.
Görüşdə Karyera, praktika və məzunlarla əlaqə mərkəzinin müdiri, dosent Adil Xasayev, BDU-nun Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev, “Məktəblinin dostu” pilot layihəsinin rəhbəri Rüstəm Ağayev, layihənin baş koordinatoru İsgəndər Məmmədov və layihə üzrə əlaqələndirici Sərxan Rüstəmov pilot layihə haqqında məlumat verib və tələbələri maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi 2016-cı ilin dekabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Xidmət İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlayıb. Layihə hazırda Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində həyata keçirilir.
Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Hər məktəbdə şagird sayına uyğun olaraq, minimum 3 nəfər olmaqla "Məktəblinin dostu" fəaliyyət göstərir.
“Məktəblinin dostu” pilot layihəsində iştirak etmək istəyən yaşı 30-dək olan məzunlarımız 05.07.2019-cu il tarixinədək başlıq hissəsində “Məktəblinin dostu” və ya vakansiya sözünü yazmaqla CV-lərini (tərcümeyi-hal) office@mdx.edu.az e-mail ünvanına göndərə bilərlər.
Seçim zamanı ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək.
Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Mətbuat və informasiya şöbəsi, 25 iyun 2019-cu il.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024