BDU-da müəllimlərin işə qəbulu prosesi ilə əlaqədar seminar keçiriləcək

10/12/2018

Dekabrın 13-də saat 12:00-da Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi tərəfindən Bakı Dövlət Universitetinin Əsas tədris binasında maarifləndirmə məqsədilə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar keçiriləcək. Seminarın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat vermək, ali təhsil müəssisəsinin buraxılış kursunda pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələri sözügedən müsabiqədə iştiraka təşviq etməkdir. Seminar zamanı tələbələrə İnsan Resursları Mərkəzinin fəaliyyəti dövrünü əks etdirən bukletlər paylanılacaq, təqdimat nümayiş ediləcək və tələbələrin sualları cavablandırılacaq. Seminar çərçivəsində iştirakçılarmüəllimlərin işə qəbulu ilə əlaqədar qanunvericiliklə bağlı məlumatlar daəldə edəcəklər.

Mətbuat və informasiya şöbəsi, 10 dekabr 2018-ci il.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026