BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

12/10/2026

Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti üçün “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək.

Təlimin məqsədi dərsin müxtəlif mərhələlərində rəqəmsal alətlərdən istifadə etməklə tələbələrlə interaktiv ünsiyyətin qurulması, biliklərin yoxlanılması və tədris materiallarının paylaşılması imkanlarını təqdim etməkdir.

BDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin əməkdaşı Nihat Qəriblinin keçirəcəyi təlimdə “Mentimeter”, “Slido”, “Kahoot”, “Google Forms”, “Microsoft Forms” və “Padlet” kimi rəqəmsal platformaların tədris prosesində tətbiqi, materialların QR kodlar vasitəsilə paylaşılması, eləcə də tələbə məlumatlarının qorunması və rəqəmsal təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Təlim 14 oktyabr saat 14:00-da BDU-nun Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzində keçiriləcək.

Təlimdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/cgHHaMU8ACfFdqjS8

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub