BDU-da müəllim-tələbə-məzun münasibətlərinin onlayn formatı

22/12/2020

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin təşkilatçılığı ilə “Məzundan tələbəyə” adlı dəyirmi masa təşkil olunub.

Onlayn tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev bir əsrdən çox tarixə malik, ölkənin flaqman elm məbədi olan Bakı Dövlət Universitetinin təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk dünyəvi ali təhsil ocağı kimi dünya elminə, mədəniyyətinə, siyasətinə təsir göstərmək qüdrətinə malik tarixi şəxsiyyətlər yetişdirdiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə xatırladıb. Ali Baş Komandanımızın İlham Əliyevin rəhbərliyi və ordumuzun rəşadəti sayəsində əldə olunan parlaq qələbə, əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə iştirakçıları təbrik edərək ölkəmizin haqq savaşının Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq mərhələ kimi qiymətləndirib.

E.Babayev tələbə-gənclərin cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, elmi və mədəni həyatında fəal iştirakının Azərbaycan həqiqətlərinin dünyada geniş təbliği istiqamətində əvəzsiz rol oynadığına diqqət çəkib. Universitet-məzun əlaqələrinin əhəmiyyətindən danışan rektor bildirib ki, məzunların universitetdə aldığı biliklər onlara həyatda layiqli yer tutmaq üçün yardımçı olacaq.

Moderator, Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev belə görüşlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edərək tədbir iştirakçılarına fakültənin son illərdəki fəaliyyəti, uğurları barədə məlumat verib, tələbələrə yaradılan şəraitdən danışıb.

Daha sonra Çin Neft Universitetinin Geoloji mühəndislik ixtisası üzrə doktorantı Orxan Məmmədov, Buxarest Universitetinin Geologiya və Ətraf-mühit geotexniki mühəndisliyi ixtisası üzrə magistrantı Rüfanə Mirzəliyeva, Schlumberger şirkətində Qazma məhlulları üzrə mütəxəssisi Cəmilə Abdullayeva,  Perugia Universiteti (İtaliya) və Norveç Elm və Texnologiya Universitetinin Neft-qaz geologiyası ixtisası üzrə magistrantı Lalə Məmmədova, Baker Huges şirkətində “korataj mühəndisi” Məti Gülməmmədov, BDU-nun müəllimi Günay Hüseynovanın iştirakçılarla öz təcrübələrini bölüşən çıxışları dinlənilib.

Çıxışlarda məzunlar öz tələbəlik illərindən, fakültədəki müsbət atmosferdən, təqaüd proqramlarından danışıb, məzunlarıla sıx əməkdaşlığının vacibliyini vurğulayıblar. Eyni zamanda tələbə həyatı, dil problemi, dərs materiallarının əldə olunması, iş imkanları, asudə vaxtının təşkil olunması, sosial həyat kimi məqamlara aydınlıq gətirilib.

Geologiya faükltəsinin müəllimləri - akademik Vasif Babazadə, dekan Məhluqə Məmmədova, professorlar Nazim İmamverdiyev, Vaqif Qadirov, Məmməd Çıraqov, Əli Novruzov, Aygün İsmayılova, Bahadur Qələndərov çıxış edərək tələbə və məzunlara gələcək həyatlarında müvəffəqiyyətlər diləyib və elmi potensiallarını inkişaf etdirmələri üçün öz tövsiyələrini veriblər.

Görüş maraqlı müzakirələrlə yadda qalıb.

Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
25/04/2024