BDU-da “Mənim atam qəhrəmandır” adlı tədbir

28/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Mənim atam qəhrəmandır” adlı tədbir təşkil olunub.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Dekan Rövşən Cavadov çıxışında bildirib ki, artıq beş ildir fakültədə I kurs tələbələrinin iştirakı ilə “Mənim atam qəhrəmandır” adlı ənənəvi tədbir keçirilir: “Qarabağ müharibəsi iştirakçıları, şəhid və qazilərin övladları ilə bu cür görüşlər bizə tələbələri daha yaxından tanımağa, onlara mənəvi dəstək olmağa imkan verir”.

Psixologiya ixtisası üzrə I kurs tələbələri Mehriban Məmmədzadə və Xədicə Nəcəfova çıxışlarında ataları – I Qarabağ müharibəsi iştirakçısı Qanboy Məmmədov və Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Ruslan Nəcəfov haqqında danışıblar.

Tədbir zamanı on beş tələbə Qarabağ müharibəsində şəhid və ya qazi olmuş ataları, yaxınları haqqında məlumat verib, onların qəhrəmanlıq yolundan bəhs edib.

Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova və Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova çıxışlarında bildiriblər ki, xalqımız Vətən uğrunda canından keçən igid övladlarının xatirəsini daim uca tutur, onların qəhrəmanlıqlarını dastanlarda, şeirlərdə və nəğmələrdə yaşadır. Onların sözlərinə görə, bu cür tədbirlər gənc nəsildə vətənpərvərlik ruhunun aşılanması, şəhid və qazi övladlarına mənəvi dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

 

Xəbərlər

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında   

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında
05/12/2025

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
05/12/2025

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”
05/12/2025