BDU-da “Mənim elmdə ilk addımlarım” adlı III Respublika elmi konfransı keçirilib

04/05/2018

Bakı Dövlət Universitetdə fizika fakültəsinin müəllim-tələbə heyətinin iştirakı ilə  “Mənim elmdə ilk addımlarım” adlı III Respublika elmi konfransı keçirilib. BDU-nun  Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfransın plenar iclasında giriş sözü ilə çıxış edən  Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə son illər təhsil sahəsində  çoxsaylı dövlət proqramlarının qəbul edildiyini, universitet alimlərinin həmin proqramlarda uğurla təmsil olunduqlarını  bildirib. Prorektor Aydın Kazımzadə BDU alimlərinin yüksək indeksli beynəlxalq elmi jurnallarda  dərc edilən elmi məqalələrinin, onlara olan istinadların saylarının artdığını, o cümlədən Fizika fakültəsinin elmi nailiyyətlərinin yüksəldiyini deyib. Universitetdə tələbələrin 1-ci kursdan elmi fəaliyyətə cəlb edildiyini qeyd edən prorektor  respublika konfransının keçirilməsini yüksək dəyərləndirib, BDU tələbələri ilə yanaşı Respublikamızın digər ali təhsil müəssisələrinin tələbələrinin də iştirak etdiyi konfransın işinə uğurlar arzulayıb.

Fizika fakültəsinin müəllim-tələbə heyətinin elmi uğurları barədə məlumat verən dekan, professor Məhəmmədəli Ramazanov fakültədə mütəmadi olaraq üç istiqamətdə - professor-müəllim, magistr və bakalavr səviyyəsi üzrə təhsil alan tələbələr üçün seminarlar təşkil edildiyini söyləyib. Konfransa 50-dək məruzənin təqdim edildiyini vurğulayan dekan hər bir iştirakçıya uğurlar arzulayıb.

Plenar iclasda BDU-nun Fizika fakültəsinin tələbələri – Dilarə Piriyeva və Rəvanə Sadıxlının məruzələri dinlənildikdən sonra konfrans işini üç bölmədə davam etdirib.

Konfransın məsul katibi, dosent  Arif Orucov iştirakçılara gələcək elmi tədqiqat işlərində uğurlar arzulayıb,  məruzələri ilə fərqlənən tələbələrin diplom və sertifikatlara layiq görüləcəklərini bildirib.

Qeyd edək ki, konfransda BDU ilə yanaşı Moskva Milli Nüvə Tədqiqatları Universitetinin, Azərbaycan Dövlət Dənizçilik Akademiyasının, Azərbaycan Texniki, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dövlət Pedaqoji, Bakı Mühəndislik universitetlərinin tələbələrinin məruzələri də dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 04 may 2018-ci il.


Xəbərlər

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi
03/06/2026

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
03/06/2026

BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı

BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı
03/06/2026