BDU-da "Məntiq klubu"nun növbəti təlimi keçirilib

04/05/2021

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən "Məntiq klubu"nun növbəti onlayn təlimi baş tutub.

Təlimlərin keçirilməsində əsas məqsəd tələbələrin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak etməsi üçün dəstək olmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən tələbələrin elmə olan marağını artırmaqdan ibarətdir.

Təlimçi, fakültənin I kurs tələbəsi Ülkər Şıxəliyeva məntiq məsələlərinin həllində tələbələrin qarşılaşdığı çətinliklər və bunların aradan qaldırılması strategiyalarını nümunələr əsasında izah edib.

Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq onlayn keçirilən təlimlərdə Universitetin bütün fakültələrindən olan tələbələr iştirak edir.

Dərslər "Zoom" platforması üzərindən həftədə 2 dəfə olmaqla keçirilir.

 

Xəbərlər

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
16/10/2026