BDU-da “Modifikasiya olunmuş seolitdə cərəyan keçiriciliyinin xüsusiyyətləri” mövzusunda elmi seminar
09/04/2021
Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti onlayn seminar keçirilib. Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin aparıcı elmi işçisi Nelya Nikolayevna Lebedeva “Modifikasiya olunmuş seolitdə cərəyan keçiriciliyinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi klinoptilolit tipli məsaməli seolit-dielektrikdə elektrikkeçiriciliyi tədqiqinin nəticələrindən danışıb. Daha sonra məruzəçi adı çəkilən istiqamətin perspektiv tətbiq sahələri haqqında məlumat verib.
Seminarda aparılan təcrübələrin xüsusiyyətləri izah edilib və suallar cavablandırılıb.
![]() |
![]() |
Xəbərlər
BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər


