BDU-da Morrey fəzalarının xassələrinin tədqiqi üzrə araşdırmalar davam edir

06/01/2023

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Total Morrey fəzalarında maksimal kommutator və maksimal funksiyanın kommutatoru” (Maximal commutator and commutator of maximal function on total Morrey spaces) adlı məqaləsi  SCOPUS bazasında indekslənən “Journal of Mathematical Inequalities” jurnalında dərc edilib.

http://files.ele-math.com/articles/jmi-16-98.pdf

Məqalədə Morrey fəzalarının total Morrey fəzaları adlanan yeni variantı təqdim olunub. Bu fəzalar klassik və modifə olunmuş Morrey fəzalarını ümumiləşdirir. Məqalədə total Morrey fəzalarının əsas xassələri, bu fəzalarda bəzi daxilolmalar öyrənilib. Həmçinin total Morrey fəzalarında maksimal kommutator operatorunun və maksimal operatorun kommutatorunun məhdudluğu üçün zəruri və kafi şərtlər alınıb.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026