BDU-da Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin professoru ustad dərsi keçib

12/03/2021

Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin professoru Abuzər Bağırov Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələrı üçün “Müstəqillik illərində Moskvada Azərbaycan ədəbiyyatşünaslığına və bədii ədəbiyyatına dair kitabların nəşri və yayımı” mövzusunda onlayn ustad dərsi keçib.

Professor A.Bağırov öncə Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun qazandığı parlaq qələbə münasibətilə iştirakçıları təbrik edib, qonşu ölkədə qalib dövlətin ziyalısı kimi fəaliyyət göstərməkdən qürur duyduğunu bildirib. Professor onlayn dərsdə müstəqillik illərində Moskvada Azərbaycan ədəbiyyatşünaslığına və bədii ədəbiyyatına dair kitabların nəşri və yayımı barədə ətraflı məlumat verib, nəşr olunan kitablardan nümunələri nümayiş etdirib. O, haqqında bəhs olunan kitabların Rusiyanın nüfuzlu nəşriyyatlarında böyük tirajla və yüksək poliqrafik səviyyədə buraxıldığını bildirib. Natiq tərcümə ədəbiyyatının dünya mədəniyyətlərinin inteqrasiyasında mühüm rol oynadığını qeyd edərək, adıçəkilən nəşrlərin Azərbaycan elminin və ədəbi-bədii nümunələrimizin, o cümlədən folklor mətnlərimizin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Professor tərcümə ədəbiyyatının çapa hazırlanması zamanı əsərin orijinallığının, mətn müəllifinin üslubunun qorunmasının vacibliyini, həmin mətnlərin çapa hazırlanması zamanı redaktordan və tərcüməçidən yüksək peşəkarlğın tələb olunduğunu qeyd edib.

Abuzər Bağırov Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin professoru, eyni zamanda Rusiya Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədridir.

Ustad dərsində professor Abuzər Bağırov dinləyicilərin mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025