BDU-da Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin nümayəndə heyəti ilə görüş

17/04/2025

Bakı Dövlət Universitetində (BDU) Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin beynəlxalq əlaqələr üzrə rektor müşaviri Svetlana Şvedova və Korporativ layihələr şöbəsinin müdiri İlya İzakson iştirak edib.

Qonaqlara BDU-nun tarixi, fəaliyyət istiqamətləri, elm, tədris fəaliyyəti və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib. Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin nümayəndələri də ali təhsil müəssisəsindəki fakültə və ixtisaslar haqqında danışıblar. Sonra iki universitet arasında əməkdaşlığın mümkün perspektivləri müzakirə olunub.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026