BDU-da “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi konfransı keçirilib

08/12/2017

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi konfransı keçirilib. Tədbirdə görkəmli ziyalılar, tanınmış elm adamları, gənc tədqiqatçılar və tələbələr iştirak edib. Plenar iclası açıq elan edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə ölkə rəhbərinin müvafiq sərəncamına uyğun olaraq, BDU-da M.P.Vaqifə həsr olunmuş tədbirlərdən, elmi konfransın əhəmiyyətindən danışıb, universitetin rektoru akademik A.Məhərrəmovun rəhbərliyi ilə gənclərin elmi fəaliyyətə cəlb olunması üçün universitetdə yaradılmş imkanlardan bəhs edib.

Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov çıxış edərək, M.P.Vaqifin Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən, Ümummilli lider Heydər Əliyevin şairin irsinin qorunması ilə bağlı gördüyü işlərdən və bu istiqamətdə fakültədə həyata keçirilmiş tədbirlərdən söz açıb. O bildirib ki, konfransa Azərbaycanın 13 elm və təhsil müəssisəsindən ümumilikdə 186 nəfər qatılıb.

Plenar iclasdan sonra konfrans öz işini “M.P.Vaqif və müasirlik”, “Dilçilik”, “Ədəbiyyatşünaslıq”  və “İctimai elmlər” bölmələri üzrə davam etdirib.

Mətbuat və informasiya şöbəsi, 08 dekabr 2017-ci il.

Xəbərlər

BDU-da yeni tədris ili başlayıb

BDU-da yeni tədris ili başlayıb
15/09/2026

BDU-da Bilik Günü qeyd olunub

BDU-da Bilik Günü qeyd olunub
15/09/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü
15/09/2026