BDU-da mərhum tələbə Kamran Babazadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib

05/04/2018

Bu gün Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində 2015-ci ildə avtomobil qəzasında dünyasını dəyişən mərhum tələbə Kamran Babazadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib, həyatından bəhs “19-cu Bahar ” adlı kitabın və klipin təqdimatı baş tutub. Fakültənin professor-müəllim və tələbə heyətinin, o cümlədən qeyri-hökumət təşkilatlarının rəhbər və nümayəndələrinin, jurnalistlərin iştirak etdiyi tədbiri giriş sözü ilə Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova açaraq mərhumu savadlı, çalışqan, qabiliyyətli və gülərüz tələbə kimi xarakterizə edib, onun xatirəsinin müəllimləri, yaxınları və dostları üçün hər zaman əziz qalacağını bildirib.

Tədbirdə millət vəkili Adil Əliyev, Coğrafiya faklütəsinin dekan müavini, dosent Ramiz Əhlimanov, İqtisadi və Sosial coğrafiya kafedrasının müdiri, professor Tapdıq Həsənov, Geodeziya və kartoqrafiya kafedrasının müdiri, professor Məqsəd Qocamanov, kafedranın baş müəllimi Mübariz Orucov, jurnalist-publisist Telli Pənahqızı, ailə dostları Kamran Nəsibov çıxış edərək Kamran Babazadənin savadlı və sosial aktivliyi ilə seçilən tələbələrdən olduğunu bildiriblər.  Məktəb müəllimləri adından 49 saylı intellekt liseyinin müəllimi Sevinc Nağıyeva, tələbə dostları adından qrup yoldaşı Faiq Əbdülrəhmanov çıxış edərək Kamran Babazadə ilə bağlı xatirələrini bölüşüblər. Mərhuma həsr olunmuş klipin rejissoru Zamiq Quliyev, kitabın həmmüəlliflərindən olan şair – publisist İsa Rəvan Kamran Babazadənin incəsənətə, ədəbiyyata olan marağından bəhs edib, xatirəsini əbədiləşdirmək üçün ərsəyə gələn klip və kitabdan danışıblar.

Aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun anası Ceyran Axundova çıxış edərək mərhumun anasının dərdinə şərik olduğunu bildirib.

Sonda Kamran Babazadənin anası Mailə Babazadə övladının xatirəsinə həsr olunmuş tədbirin təşkilinə görə univeristet rəhbərliyinə və təşkilatçılara təşəkkür edib.

Qeyd edək ki, Kamran Babazadə 1997-ci ildə Bakı şəhərində anadan olub. 2003-2014-cü illərdə 49 saylı intellekt liseyində təhsil alıb, 2014-cü ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olub, bir il sonra avtomobil qəzasında dünyasını dəyişib.

Mətbuat və informasiya şöbəsi, 05 aprel 2018-ci il.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024