BDU-da Müstəqillik gününə həsr olunmuş rəsm sərgisi keçirilib

17/10/2016

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Müstəqillik gününə həsr olunmuş “Azərbaycan mədəniyyətinin gənc rəssamlar tərəfindən təsviri” adlı rəsm sərgisi keçirilib. Tədbiri açan BDU THİK sədri Daşqın Qənbərov müstəqillik tariximizdən danışıb. Gənclərin layihələrinə həmişə dəstək olduğunu bildirən Daşqın Qənbərov tələbələrin öz istedadlarını üzə çıxarması üçün belə tədbirlərin vacib olduğunu qeyd edib. 
Lahiyənin rəhbəri, Coğrafiya fakültəsinin IV kurs tələbəsi Aytən Kazımova lahiyənin məqsədinin gənc nəslin müasir tariximizi daha dərindən bilməklə yanaşı, tarixi abidələrimizi və mədəniyyət nümunələrimizi dərindən tanımalı olduğunu bildirib.

Sərgidə 25 dən artıq rəsm əsəri nümayiş etdirilib. Sonda seçilən ən yaxşı üç rəsm əsəri mükafat və diplomlarla təltif olunub.

Mətbuat və informasiya şöbəsi, 17 oktyabr 2016-cı il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026