BDU-da “Müstəqillik illəri və ekoloji problemlərin həlli” mövzusunda dəyirmi masa keçirilib

13/10/2011

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Ekologiya və təbii sərvətlər nazirliyi ilə birlikdə “Müstəqillik illəri və ekoloji problemlərin həlli” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Ekologiya və təbii sərvətlər naziri professor Hüseyn Bağırov, nazirliyin əməkdaşları, BDU-nun Ekologiya və torpaqşünaslıq, biologiya, kimya, coğrafiya və geologiya fakültələrinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Dəyirmi masanı giriş sözü ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq dünyada və Azərbaycanda mövcud olan ekoloji problemlərdən, bu problemlərin həll edilməsi məqsədi ilə müstəqillik illərində dövlət səviyyəsində və BDU-da həyata keçirilən tədbirlərdən danışıb. Sonra Ekologiya və təbii sərvətlər naziri, professor Hüseyn Bağırov “Müstəqillik illərində ekoloji problemlərin həlli: görülmüş işlər və gələcək addımlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında müzakirələr aparılıb, müəllim və tələbələrin çoxsaylı suallarına cavab verilib. Tədbirin sonunda təhsildə fərqlənən və ekoloji biliklərin yayılmasında və təbliğində fəallıq göstərən bir qrup tələbəyə Ekologiya və təbii sərvətlər nazirliyinin Fəxri Fərmanları və pul mükafatları verilib.

Sonra dəyirmi masa iştirakçıları Nano Araşdırmalar Laboratoriyası ilə tanış olublar. Laboratoriyanın müdiri, professor Məhəmmədəli Ramazanov Bakı Dövlət Universitetində Ukrayna Elm və Texnologiya mərkəzinin koordinasiyası və Kanada dövlətinin maliyyə dəstəyi ilə 3998 saylı qrant layihəsi çərçivəsində “Abşeron yarımadası və Bakı şəhəri ətraf ərazilərinin radioekoloji tədqiqi” ilə tədqiqat işləri aparılması haqqında məlumat verib. Qeyd edib ki, hazırda istər bütün Dünyada, istərsə də Azərbaycan ərazisinin bir hissəsi olan Abşeron yarımadasında texnogen və təbii proseslərin təsiri nəticəsində radioekoloji durum getdikcə mürəkkəbləşməkdədir. Bu prosesə təsir göstərən həlledici amillərdən biri də ətraf mühitin radioaktiv şüalanma mənbələri ilə çirklənməsidir. Bu baxımdan Abşeron yarımadasının Bakı ətrafı ərazilərində radioekoloji tədqiqatların aparılması olduqca əhəmiyyətli bir məsələdir. BDU-da bu istiqamətdə layihə çərçivəsində Abşeron yarımadası və Bakı şəhəri ətrafı zonalarda radiasiya fonunun qiymətləndirilməsi və onu yaradan mənbələrin aşkarlanması istiqamətində uğurlu tədqiqat işləri aparılır.

Mətbuat və informasiya şöbəsi, 13 oktyabr 2011-ci il.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2024

BDU-da Vətən müharibəsi qazisi ilə görüş

BDU-da Vətən müharibəsi qazisi ilə görüş
07/11/2024

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI
07/11/2024