BDU-da “Müstəqilliyimiz əbədidir” adlı kitab sərgisi
18/10/2023
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında dövlət müstəqilliyimizin bərpasının 32-ci ildönümü münasibətilə “Müstəqilliyimiz əbədidir” adlı kitab sərgisi təşkil olunub.
Sərgidə müstəqilliyimizin tarixini özündə əks etdirən nəşrlər, Azərbaycanı dünyaya tanıdan Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimiz uğrunda əvəzsiz xidmətlərindən, Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdəki fəaliyyətindən bəhs edən 50-yə yaxın kitab nümayiş olunur. Sərgilənən kitablar arasında Bakı Dövlət Universitetinin 2021-ci il nəşri olan “Azərbaycan Respublikasının tarixi” adlı 2 cildli kitab oxucuların böyük marağına səbəb olub.
Sərgi həftənin sonuna qədər ziyarətçilərin üzünə açıq olacaq.


Xəbərlər
BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
