BDU-da Müstəqilliyin Bərpası Gününə həsr edilmiş xüsusi dərs

17/10/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr edilmiş xüsusi dərs təşkil olunub.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xüsusi dərs Tarix fakültəsinin dosenti Xumar Səfərovanın mühazirəsi ilə davam edib. Dosent Xumar Səfərova çıxışı zamanı xalqımızın azadlıq və suverenlik uğrunda mübarizəsini xronoloji ardıcıllıqla geniş şəkildə şərh edib. O, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra da xalqın müstəqillik arzusunun sönmədiyini bildirib.

Dosent qeyd edib ki, dövlət müstəqilliyimizin bərpasına gedən yol çətin və keşməkeşli olub. Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq sovet rejiminin təzyiqlərinə baxmayaraq, bu yolun təməlini qoyub və bugünkü azad, müstəqil Azərbaycan Respublikasının formalaşması üçün möhkəm zəmin yaradıb.

Dosent həmçinin Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz fəaliyyətə toxunub: “Bu gün biz xalq olaraq ən qürurlu tarixi mərhələni yaşayırıq. Ulu Öndərin möhkəm təməllərini yaratdığı müstəqil Azərbaycan dövləti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində bu gün dünyada ən yüksək nüfuza malikdir”.

Tədbir fakültə tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

Xəbərlər

BDU-nun kafedra müdiri, professor Kamil Mənsimov vəfat edib

BDU-nun kafedra müdiri, professor Kamil Mənsimov vəfat edib
13/11/2025

BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir

BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir
13/11/2025

BDU tələbələri üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim

BDU tələbələri üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim
13/11/2025