BDU-da Müstəqilliyin Bərpası Gününə həsr edilmiş xüsusi dərs

18/10/2024

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr edilmiş xüsusi dərs keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, müstəqilliyimizin qazanılması, torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tarix fakültəsinin dosenti Xumar Səfərova xalqımızın azadlıq və suverenlik uğrunda mübarizə tarixini xronoloji baxımdan geniş şərh edib. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsinə baxmayaraq, xalqımızın müstəqillik arzularının sarsılmadığını bildirib. Dövlət müstəqilliyimizin bərpasına gedən yolun keşməkeşli olduğunu diqqətə çatdıran natiq vurğulayıb ki, ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyev sovet dövlətinin təqib və təzyiqlərinə baxmayaraq, bu yolun təməlini qoyub, gələcək azad və müstəqil respublikanın qurulması üçün zəmin yaradıb. Xumar Səfərova müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz fəaliyyətini tarixi faktlarla şərh edib: “Bu gün biz bir xalq olaraq ən xoşbəxt günlərimizi yaşayırıq. Çünki Ulu Öndərimizin həyata keçirdiyi tarixi missiya Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq ikinci ildir ki, dövlət müstəqilliyimizin bərpası tarixini suverenliyimizin bərpa olunduğu bir şəraitdə qeyd edirik”.

18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş xüsusi dərs ədəbi-bədii proqramla davam edib.

 

 

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026