BDU-da “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfransı keçiriləcək

23/08/2023

2023-cü ilin 4-5 dekabr tarixlərində Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Konfransda müasir oxucu, onun tipologiyası, informasiya tələbatının ödənilməsi sistemi, mütaliə vərdişlərinin formalaşmasına təsir edən amillər araşdırılacaq. İnformasiya mədəniyyətinin əsas missiyası, mütaliə prosesinin davamlılığı, oxucu məmnunluğunun meyarları kimi aktual istiqamətlər elmi müstəvidə tədqiq ediləcəkdir.

Konfransda sənəd və informasiya menecmenti, informasiya logistikası, mütaliə mədəniyyəti, kitabşünaslıq, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, redaktəetmə, kitab sənayesi, müəlliflik hüququ və əlaqəli hüquqlar kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Konfransda iştirak etmək üçün tezisləri 4 sentyabr – 6 noyabr tarixlərində anarrzayevkonfrans@gmail.com ünvanına göndərmək lazımdır. Konfransa göndərilən materiallar antiplagiat proqramı ilə yoxlanılacaq və çap olunacaqdır.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026