"Mətbuat səngəri" adlı layihəyə start verilib

27/10/2020

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tədris Tele-radio studiyası (BDU TV) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə layihəsi olan "Mətbuat səngəri" adlı maarifləndirici verilişə start verib. Veriliş hazırda torpaqlarımızın azadlığı uğrunda davam edən haqq mübarizəmiz, bu mübarizədə medianın üzərinə düşən vəzifələr, informasiya müharibəsi, tələbə-gənclərin mövcud vəziyyətlə bağlı maarifləndirilməsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi mövzuları əhatə edəcək.
Verilişin ilk qonağı olan Milli Məclisin deputatı, politoloq Arzu Nağıyev Azərbaycan silahlı qüvvələrinin düşmən üzərindəki qələbələri, dövlət-ordu-xalq birliyi, informasiya terroru kimi məsələlərə aydınlıq gətirib. A.Nağıyev gəncləri oxumağa, öyrənməyə, sosial şəbəkələrdə Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yönələn yalan, böhtan kampaniyaları ilə aktiv mübarizəyə səsləyib.

https://youtu.be/YASJQz-MZ9c

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026