BDU-da Ümumdünya Autizm Maarifləndirmə Gününə həsr olunmuş rəsm üzrə ustad dərsi

06/04/2026

“BDU könüllüləri” təşkilatı və “Birgə və Sağlam” İctimai Birliyinin birgə təşəbbüsü ilə 2 aprel – Ümumdünya Autizm Maarifləndirmə Gününə həsr olunmuş rəsm üzrə ustad dərsi keçirilib.

“BDU könüllüləri” təşkilatının layihələrin idarə edilməsi və təşkilatlarla iş üzrə meneceri Mədinə Xəlilova bu cür təşəbbüslərin autizmli şəxslərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından faydalı olduğunu bildirib.

Ustad dərsində “Birgə və Sağlam” İctimai Birliyindən autizm fərqindəliyi olan uşaqlar və BDU könüllüləri birlikdə müxtəlif mövzularda rəsmlər çəkiblər. Tədbir çərçivəsində iştirakçılar arasında qarşılıqlı ünsiyyət, dəstək və anlaşma mühiti formalaşıb. Könüllülər uşaqlarla fərdi şəkildə maraqlanaraq onların yaradıcılıq prosesinə dəstək olublar.

Daha sonra qonaqlar üçün Universitetdə fəaliyyət göstərən Heydər Əliyev muzeyi, BDU-nun tarixi muzeyi, Təkamül muzeyi və Faydalı qazıntılar muzeyinə infotur təşkil edilib.

 

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
29/10/2026