BDU-da Ümumdünya Layiqli Əmək Günü qeyd olunub

07/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində BDU-nun Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 7 oktyabr - Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyev əmək hüququ ilə bağlı mövcud  problemlərdən, işçilərin əmək hüquqlarının təmin edilməsi məqsədilə ölkədə həyata keçirilən tədbirlərdən söz açıb. Azərbaycanda mövcud olan əmək hüquq sistemini xarici dövlətlərin əmək hüquq sistemləri ilə müqayisəli izah edib.

Əmək və ekologiya hüququ kafedrasının müəllimi Fəridə Aslanova, Hüquq fakültəsinin III kurs tələbəsi Güllü Abbasova əmək hüququ münasibətlərində ayrıseçkiliyə yol verilməməsi, layiqli əməyin təmin olunması şərtlərindən bəhs edib, Ümumdünya Layiqli Əmək Gününün tarixi əhəmiyyətindən danışıblar.

İnteraktiv formada keçirilən tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Tədbir iştirakçıların mövzu ilə bağlı suallarının cavablandırılması və müzakirələrlə davam edib.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026