BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

07/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə  7 oktyabr - Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

BDU-nun Əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımov layiqli əməyin mahiyyəti, Azərbaycan dövləti və həmkarlar ittifaqları tərəfindən bu aspektdə görülən işlər, Ümumdünya Layiqli Əmək Gününün təsis olunmasının əhəmiyyəti haqqında məlumat verib, işçilərin əmək hüquqlarının qorunması istiqamətində qarşıda duran vəzifələri qeyd edib.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev əmək hüququ ilə bağlı mövcud  problemlərdən, işçilərin əmək hüquqlarının təmin edilməsi məqsədilə ölkədə həyata keçirilən tədbirlərdən söz açıb. Azərbaycanda mövcud olan əmək hüquq sistemini xarici dövlətlərin əmək hüquq sistemləri ilə müqayisəli izah edib.

Əmək və ekologiya hüququ kafedrasının baş müəllimi Fəridə Aslanova əmək hüququ münasibətlərində ayrı-seçkiliyə yol verilməməsi, layiqli əməyin təmin olunması şərtlərindən bəhs edib, Ümumdünya Layiqli Əmək Gününün tarixi əhəmiyyətindən danışıb.

Tədbir iştirakçıların mövzu ilə bağlı suallarının cavablandırılması və müzakirələrlə davam edib.

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026