BDU-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr edilmiş təlim

03/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlığı çərçivəsində "Tələbə tərəfindən tələbə üçün" layihəsinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr edilmiş növbəti təlimi keçirilib. Layihənin təlimçisi, Hüquq  fakültəsinin III kurs tələbəsi Səyad Ələkbərov tərəfindən "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Azərbaycan Respublikasının Konstitusiyası: müqayisəli təhlil" mövzusu üzrə Bəyannamənin beynəlxalq hüquqi statusu, milli qanunvericiliyə təsiri, aktuallığı, maddələrin təfsiri, Azərbaycan Respublikasının Konstitusiyası ilə müqayisəli təhlili məsələləri haqqında ətraflı məlumat verilib. İnteraktiv formada baş tutmuş təlim tələbələr tərəfindən böyük maraqla qarşılanıb, onların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində yuxarı kurs tələbələri aşağı kurs tələbələrinə əvvəlcədən müəyyən edilmiş və hazırlanmış mövzular üzrə təlimlər keçirlər. Layihənin əsas məqsədi təlimçinin tələbəni öyrətməsi deyil, bildiklərini bölüşməyi və qarşılıqlı öyrənməsidir. Keçirilən seminarlar müddətində tələbələr özlərinin ictimai nitq, hüquqi araşdırma, təqdimat, arqumentləri düzgün müdafiə etmə kimi bacarıqlarını inkişaf etdirir, müəyyən edilmiş mövzu barəsində fundamental biliklər qazanırlar.

Xəbərlər

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında   

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında
05/12/2025

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
05/12/2025

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”
05/12/2025