BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

29/09/2026

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT)  və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə 29 sentyabr - Ümumdünya Ürək Günü münasibətilə maarifləndirici sessiya keçirilib.

Sessiyanın əsas məqsədi tələbələrə ürək sağlamlığının qorunması, ilkin yardımın əsas prinsipləri və fövqəladə vəziyyətlər zamanı düzgün müdaxilənin əhəmiyyəti barədə məlumat vermək olub.

Tədbirdə qeyd olunub ki, ürək-damar xəstəlikləri dünyada və Azərbaycanda ölümün əsas səbəbləri arasında ilk yerdə gəlir. Buna görə də sağlam həyat tərzini təbliğ etmək ürək-damar xəstəlikləri, infarkt və insult riskini azaltmağın ən effektiv yollarından biridir.

Tədbirdə iştirakçılara ürək-ağciyər reanimasiyası (CPR) ilə bağlı nəzəri və praktiki məlumatlar təqdim edilib. Təlimçilər Əli Hüseynli və Həcər Əliyevanın rəhbərliyi ilə keçirilən praktiki məşğələlərdə tələbələr CPR və ilkin yardım üzrə öyrəndikləri bilikləri tətbiq etmək imkanı qazanıblar. İştirakçılara fövqəladə vəziyyətlərin düzgün qiymətləndirilməsi, çevik qərar qəbul edilməsi və ilkin müdaxilənin doğru şəkildə həyata keçirilməsi ilə bağlı bacarıqlar aşılanıb.

Sessiyanın sonunda tələbələrin sualları cavablandırılıb.

 

 

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026