BDU-da “Ümumdünya Su Resursları Günü” adlı tədbir keçirilib

30/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində Tələbə Həmkarlar  İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə “22 mart - Ümumdünya Su Resursları Günü”nə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbirdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, BDU THİK sədri Hacıbaba Mustafayev, Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini Ruslan Şəmiyev, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimləri Günay Hüseynova, Ələkbər Mirzəyev və fakültə tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Geologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini İlqar Quliyev iştirakçıları salamlayıb, müasir dövrün qlobal problemi olan içməli su ehtiyatlarının mühafizəsinin vacib məsələ olduğuna diqqət çəkib. Ölkəmizdə su resurslarından səmərəli istifadəsi haqqında 2020-ci il 23 iyul tarixində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə ölkə başçısının nitqini xatirladıb. O, ölkə rəhbərinin çıxışına istinadən ölkədə  genişmiqyaslı hidrogeoloji tədqiqatların aparılması, hidrogeoloji şəraitin  dəqiq  analizi, yeni perspektiv yeraltı  su yataqlarının  kəşfi və bu yataqların ehtiyatlarının yenidən  qiymətləndirilməsinə və bu sahədə gələcəkdə də səmərəli fəaliyyətinin qurulmasının vacibliyini vurğulayıb.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov və BDU THİK sədri Hacıbaba Mustafayevin çıxışlarında cəmiyyətdə sudan səmərəli istifadə haqqında maarifləndirmə işlərinin aparılması baxımından universitet və təşkilatlarla birgə genişmiqyaslı təbliğat işlərinin görülməsi haqqında təkliflər irəli sürülüb.

Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini Ruslan Şəmiyev belə bir vəziyyətdə mövcud su ehtiyatlarından səmərəli istifadənin, suyun bərabər bölgüsünün, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsinin ciddi əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbirdə çıxış edən Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Ələkbər Mirzəyev 22 mart - Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklifin 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürüldüyünü, BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən isə qeyd olunmağa başlanıldığnı qeyd edib. Ölkəmizdə əsas su itkilərinin torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verdiyini bildirib, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalı, müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalısının qarşıda duran prioritet məsələlər kimi qeyd edib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, bu sahədə görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024