BDU-da Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

17/12/2019

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə başlanan mədəni-kütləvi tədbirlər çərçivəsində "Aşıq Şəmşir" Mədəniyyat Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə "Ulu Öndər Heydər Əliyev - Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu” mövzusunda məqalə müsabiqəsinin yekunlarına həsr olunmuş mərasim keçirilib.
Tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin Azərbaycan üçün əhəmiyyətindən danışıb. Müasir Azərbaycanın öz varlığı ilə Ulu Öndərə borclu olduğunu bildirən rektor vurğulayıb ki, Ümummilli Liderin xidmətləri sayəsində Azərbaycanda müstəqillik əbədi və dönməz xarakter alıb, dövlətçilik möhkəmlənib, iqtisadi inkişaf üçün güclü təməl yaradılıb, elm və milli təhsil sistemi müasirləşdirilib, fəal maarifçilik kursu həyata keçirilib. E.Babayev Ulu Öndər Heydər Əliyevin BDU-nun ən görkəmli, dünya şöhrətli məzunu olduğunu xüsusi vurğulayıb və bu mövzuda məqalə müsabiqəsinin keçirilməsini yüksək dəyərləndirib, qalibləri təbrik edib.
Sonra xalq şairi Nəriman Həsənzadə Heydər Əliyevin həyat və faəliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib, Ümummilli Liderin Azərbaycan dövlətinin və xalqının taleyində müstəsna xidmətlərindən bəhs edib.
Müsabiqənin Təşkilat Komitəsinin rəhbəri, BDU-nun dosenti Ələmdar Cabbarlı nəticələr haqqında məlumat verib. Bildirib ki, müsabiqəyə 102 məqalə  daxil olub. Onlardan 6 nəfəri qalib seçilib, 3 nəfər həvəsləndirici mükafata layiq görülüb.
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov tədbirin keçirilməsinə yaratdıqları şəraitə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, müsabiqə qaliblərini və eyni zamanda BDU-nun professor-müəllim və tələbə heyətini 100 illik yubiley münasibətilə İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun adından təbrik edib.
Sonda müsabiqənin qalibləri elan olunub. Qaliblərə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən diplom, pul mükafatı və digər hədiyyələr təqdim olunub.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024