BDU-da “Ümummilli Lider Heydər Əliyev mühazirələri”nin növbəti görüşü

03/12/2024

Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsində növbəti qonaq YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov olub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyəti əsl dövlətçilik məktəbi, gənclərimiz üçün nümunədir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı yaradan, möhkəmləndirən, dünyada tanıdan, gələcəyə doğru uğurla aparan şəxsiyyət idi. Onun ideyalarının, dövlətçilik məfkurəsinin gənclər arasında təbliği bu baxımdan çox önəmlidir. Bəxtiyar Nəbiyev Azərbaycan gəncliyinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən bəhs edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayıb.

Bəxtiyar Nəbiyev Ulu Öndərin məzunu olması ilə fəxr ediyi BDU-da belə layihələrin keçirilməsinin qürurverici olduğunu deyib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Gənclər siyasətinin başlıca məqsədi yeni nəslin milli ruhda, fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Müasir Azərbaycan gəncliyi bu meyarların hamısına cavab verir: “Hər bir gənc yüksək biliklərə yiyələnməli, müstəqil ölkəmizin inkişafı naminə çalışmalı, Ulu Öndərin ideyalarına və Prezidentimiz İlham Əliyevin siyasətinə dəstək olmalıdır”.

Görüş tələbələrin gənclər siyasətinin təşkilinə dair təkliflərinin təqdimatı və suallarının cavablandırılması ilə başa çatıb.

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025