BDU-da ümummilli lider Heydər Əliyevi anım mərasimi keçirilib

09/12/2011

Bu gün Bakı Dövlət Universitetinin «Heydər Əliyev məktəbi»ndə    ümummilli lider Heydər Əliyevi vəfat etməsinin 8-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov ulu öndər H.Əliyevin misilsiz tarixi xidmətlərindən və azərbaycançılıq ideyalarından bəhs edib. Akademik A.Məhərrəmov Heydər Əliyevin  Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu olmasından, universitetin yubileylərinin keçirilməsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Akademik A.Məhərrəmov söyləyib ki, Bakı Dövlət Universiteti bugünkü səviyyəsinə, beynəlxalq nüfuzuna, dünya şöhrətli məzunlarına və yüksək elmi potensialına görə Heydər Əliyevə borcludur. Rektor ümummilli lider H.Əliyevin siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və ölkəmizin hər bir sahədə inkişaf etdiyini də qeyd edib.

Daha sonra BDU-nun qədim dünya və orta əsrlər tarixi kafedrasının  müdiri, AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov çıxış edib. Y.Mahmudov Bakı Dövlət Universitetinin hər zaman ümummilli lider Heydər Əliyevi hörmət və ehtiramla anmasını yüksək dəyərləndirib və Heydər Əliyevin ümumdünya tarixinin azərbaycanlı dahisi olduğunu və dünyanın Atatürk, Vaşinqton, Nehru, Şarl de Qoll kimi nadir tarixi simaları arasında öz layiqli yerini tutduğunu söyləyib.

Sonra BDU-nun sosiologiya  kafedrasının müdiri, professor İzzət Rüstəmov  çıxış edib. O, Heydər Əliyevin rəhbərliyi altında çalışdığını və ulu öndərlə dünyanın bir çox ölkələrində olduğunu vurğulayaraq, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Heydər Əliyevin dünyada böyük nüfuza və hörmətə malik olduğunu qeyd edən İ.Rüstəmov onunla hər bir azərbaycanlının fəxr etdiyini bildirib.

BDU-nun  kitabxanaşünaslıq kafedrasının müdiri, professor Abuzər Xələfov isə dövlətimizin durmadan artan uğurlarının qazanılmasında ümummilli liderin xidmətlərindən, bu gün Prezident İlham Əliyevin ulu öndərin siyasi kursunu layiqincə davam etdirməsindən bəhs edib.

Mətbuat və İnformasiya şöbəsi, 09 dekabr 2011-ci il

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025