BDU-da Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şeir günü

05/05/2023

Bakı Dövlət Universitetinin Tarix fakültəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "El bilir ki, sən mənimsən" adlı şeir günü keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Heydər Əliyevə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Tarix fakültəsinin dekanı İbrahim Zeynəlov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, dahi şəxsiyyətin Azərbaycanı öz canından da artıq sevməsindən danışıb. Bildirib ki, Azərbaycan xalqının qəlbindəki Heydər Əliyev sevgisi heç bir zaman ölməyəcək.

Tarix fakültəsinin tələbələri Gülarə Mehdizadə, Leyla Sərkərova, Səbinə Əsgərova, Şəbnəm İsmayılova, Mehdi Rzayev, Röya Mehdizadə, Əli Abdullayev, Şəbnəm İsmayılova öz yazdıqları şeirləri səsləndiriblər.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026