BDU-da “Ümummilli Lider Heydər Əliyevin aqrar islahat modeli” mövzusunda tədbir

25/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində "Ümummilli Lider Heydər Əliyevin aqrar islahat modeli” mövzusunda tədbir keçirilib.

Tədbir fakültənin Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə təşkil edilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi Qismət Xanbabayev və dosenti Qoşqar Məmmədov Ulu Öndərin ictimai-siyasi və dövlət quruculuğu sahəsində həyata keçirdiyi tarixi hadisələrdən bəhs ediblər.  Ulu Öndərin keçən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı naminə uğurla formalaşdırdığı aqrar təsərrüfatçılıq kompleksləri, kənd təsərrüfatının ixtisaslaşma istiqamətləri, 1990-cı illərin ikinci yarısından isə aqrar-torpaq islahatlarının özəl xüsusiyyətləri barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki,  Ulu Öndərin 1970-ci illərdən sonra respublikamızda əkinçilik və heyvandarlıq sahəsində uğurla həyata keçirdiyi çoxşaxəli təsərrüfatçılıq sisteminin tam qiymətləndirilməsi baxımından müasir elmi-nəzəri təhlilə daha çox diqqət yetirilməlidir. Çıxışlarda bildirilib ki, bu sahədə aparılan elmi araşdırmalar Ekologiya və torpaqşünaslıq fakültəsinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrin bilgilərinin zənginləşdirilməsinə təkan verəcək amildir.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında kənd təsərrüfatı inkişaf etdirilib, güclü maddi-texniki və hüquqi baza yaradılıb,  müvafiq mütəxəssislərdən ibarət idarəetmə strukturu formalaşıb, aqrar-torpaq islahatları həyata keçirilib. İşğaldan azad edilmiş 1,6 milyon hektar torpaq sahəsində, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən aqrar-torpaq islahatlarının dövlət siyasətinə uyğunluğunun təminatında  Ümummilli Liderin aqrar islahat modelinin elmi-nəzəri və təcrübi yararlılığı müzakirələrdə xüsusilə qeyd edilib.

Sonda tələbələrin mövzu ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.

Xəbərlər

BDU tələbələri Beşbarmaq dar boğazında quşların miqrasiyasını müşahidə ediblər

BDU tələbələri Beşbarmaq dar boğazında quşların miqrasiyasını müşahidə ediblər
21/11/2024

BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də

BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də
21/11/2024

COP29 çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri və universitetlər: beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda tədbir keçirilib

COP29 çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri və universitetlər: beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda tədbir keçirilib
21/11/2024