BDU-da Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümü qeyd olunub

14/07/2022

Bakı Dövlət Universitetində (BDU)Tarix fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Dəyirmi masada giriş nitqi ilə çıxış edən Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Heydər Əliyevin 1969-cu il iyulun 14-də ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin mühüm tarixi hadisə olduğunu bildirib. Qeyd edib ki, ömrünü dövlətinin, xalqının inkişafına, çiçəklənməsinə və rifahına həsr edən Ulu öndərin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Natiq Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından ətraflı bəhs edib. Ulu öndərin milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində gördüyünü, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirdiyini vurğulayıb.
BDU-nun Qafqaz xalqları kafedrasının müdiri İradə Hüseynova və Azərbaycan tarixi kafedrasının professoru Nuru Məmmədov çıxışlarında Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı, ölkə iqtisadiyyatının dirçəldilməsi, respublikanın inkişafına hesablanmış çoxsaylı layihələrin həyata keçirilməsi uğrunda misilsiz xidmətlərindən söhbət açıblar. Çıxışçılar həmçinin dahi şəxsiyyətin Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsi istiqamətində qəbul etdiyi tarixi qərarlardan bəhs ediblər.

 

Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir
05/10/2026

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
05/10/2026