BDU-da məzun günü keçirilib

29/06/2010

Dünən Bakı Dövlət Universitetində Məzun günü keçirilib. Universitetin əsas binasının qarşısında baş tutan tədbiri rektor, akademik Abel Məhərrəmov açaraq məzun adını qazanmış bütün tələbələri təbrik edib: «2009/2010-cu tədris ilində universiteti 4 minədək tələbə bitirir. Onlardan 3 min 500-ü təhsilin bakalavr, qalanları isə magistratura pilləsini başa vururlar. Tələbələrin 500 nəfəri fərqlənmə diplomlarına layiq görülüblər. Biz həmin tələbələrə diplom və valideynlərinin adına yazılmış təşəkkür məktubu təqdim etdik. Bu gün isə 16 fakültənin hər birindən 2  nəfər tələbəyə diplom təqdim ediləcək».

Daha sonra rektor Prezident İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayıb, bu sahələrin inkişafı ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışıb, ümummilli lider Heydər Əliyevin BDU-nun məzunu olduğunu isə xüsusilə qeyd edib. Rektor üzünü tələbələrə tutaraq deyib ki, siz ulu öndərin məzunu olduğu universiteti bitirdiyinizə görə fəxr etməlisiniz.

Sonra Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov çıxış edərək məzunlara uğurlar arzulayıb, gələcək işlərində müvəffəqiyyətlər diləyib. Sonra hər fakültədən fərqlənmə diplomuna layiq görülən 2 tələbəyə diplom və hədiyyələr təqdim edilib.

BDU tələbələrinin aparıcısı olduğu tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin məzunu Lamiyə Hüseynova bütün tələbələr adından universitet andını oxuyub. Tədbir konsert proqramı ilə başa çatıb.

 

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da
08/01/2026

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır
07/01/2026

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib
07/01/2026