BDU-da "Məzunla görüş”

01/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə “Məzunla görüş” layihəsinin “Gələcəyə doğru Yüksəliş” mövzusunda növbəti görüşü keçirilib. Tədbirdə BDU məzunları və “Yüksəliş” müsabiqəsinin qalibləri  Səbuhi Göyüşov, Leyla Xəlilova Rzazadə və Nicat Qocayev iştirak ediblər.

Karyera və Məzunlarla İş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova layihənin Universitet məzunları ilə tələbələr arasında əlaqə yaratmaq, uğurlu karyera yolu keçmiş məzunların bilik və təcrübəsini tələbələrlə bölüşmək və onların gələcək inkişaflarına dəstək məqsədini daşıdığını vurğulayıb.

Tədbir zamanı I "Yüksəliş” müsabiqəsinin qalibi, Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə “Dövlət idarəetməsində yeni baxış: Gənclərin yüksəlişi” mövzusunda təqdimat edib. IV  "Yüksəliş” müsabiqəsinin qalibi və “Paşa Həyat Sığorta” ASC-nin Hüquq departamentinin direktoru Səbuhi Göyüşov “Uğurlu komanda strategiyaları”, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi Nicat Qocayev isə “Dəyişikliklər içində yüksəlmək” mövzusunda çıxış ediblər. Spikerlər şəxsi təcrübələrini, karyera qərarlarını və “Yüksəliş” müsabiqəsində qazandıqları uğurları tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin sonunda tələbələrin sualları ilə bağlı panel müzakirə keçirilib.

 

Xəbərlər

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026

BDU-ya qəbul olunanların nəzərinə!

BDU-ya qəbul olunanların nəzərinə!
25/08/2026

BDU-nun tələbəsi adını qazanan şəhid övladları

BDU-nun tələbəsi adını qazanan şəhid övladları
25/08/2026