BDU-da “Məzunun izində” layihəsi çərçivəsində növbəti görüş 

02/04/2026

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə həyata keçirilən “Məzunun izində” layihəsi çərçivəsində növbəti görüş keçirilib. Tədbirin qonağı İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru, BDU-nun məzunu Aysel Yaqubova olub.

Tədbirin açılışında çıxış edən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov qeyd edib ki, Universitetin formalaşdırdığı insan kapitalı bu gün ölkədə və beynəlxalq müstəvidə müxtəlif sahələrdə uğurla təmsil olunur. Prorektor bu kimi görüşlərin universitet-məzun əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra çıxış edən BDU-nun əməkdaşı, “BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov “Məzunun izində” layihəsinin yaranma tarixi və məqsədləri barədə məlumat verib. O, Universitetin dayanıqlı inkişaf məqsədləri çərçivəsində əldə etdiyi nailiyyət və bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdən bəhs edib.

BDU-nun bakalavr və magistr məzunu Aysel Yaqubova çıxışında Universitetdə keçdiyi təhsil yolundan, BDU-nun onun peşəkar kadr kimi formalaşmasında oynadığı roldan və uzun illər diplomatik xidmətdə qazandığı təcrübədən danışıb. O, son dövrlərdə alternativ enerji mənbələrindən istifadənin aktuallaşdığını qeyd edib, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf məsələlərinin vacibliyini diqqətə çatdırıb.

BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşı İlkin Şərifovun moderatorluğu ilə davam edən sessiyanın sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026

BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq

BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq
01/09/2026

BDU-nun elmi işçisi 20-ci Beynəlxalq Nanoelm və Nanotexnologiya Konfransında məruzə edib

BDU-nun elmi işçisi 20-ci Beynəlxalq Nanoelm və Nanotexnologiya Konfransında məruzə edib
01/09/2026