BDU-da “Məzunun izində” layihəsi çərçivəsində növbəti görüş

12/05/2026

Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Məzunun izində” layihəsi çərçivəsində növbəti görüş keçirilib. Görüşün budəfəki qonağı BDU-nun Uzaq Şərq dilləri kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Katana Qafarova olub.

BDU məzunu öz karyera yolundan, tələbəlik illərində qazandığı təcrübələrdən və uğura gedən yolda qarşılaşdığı çətinliklərdən bəhs edib. O, həmçinin Çin dilini dərindən öyrənmə prosesindən, fərqli təhsil mühitinə uyğunlaşmaqdan, beynəlxalq təcrübənin şəxsi və peşəkar inkişafda rolundan danışıb.

Katana Qafarova gənclərə davamlı inkişaf və dözümün insanı uğura aparan əsas keyfiyyətlərdən olduğunu bildirib. Milli kimliyi qorumaqla yanaşı, qlobal baxış bucağına sahib olmağın vacibliyini vurğulayıb, beynəlxalq təcrübənin insanın dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd edib. O, həmçinin sarsılmaz iradənin qarşıya çıxan çətinlikləri aşmaqda əsas amillərdən biri olduğunu diqqətə çatdırıb və vaxtın strateji idarə edilməsinin həm şəxsi, həm də peşəkar inkişaf üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026