BDU-da nanodərmanların alınması perspektivlərinə dair elmi seminar

04/03/2024

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının növbəti elmi seminarı keçirilib. Seminarda laboratoriyanın aparıcı elmi işçisi İsmət Əhmədov “Nanohissəciklərin dərman bitkilərindən alınmış ekstraktlarda sintezi və nanodərmanların alınması perspektivləri” mövzusunda çıxış edib.

Məruzəçi Azərbaycan florasında xeyli sayda dərman bitkisinin olduğunu və bu bitkilərin müxtəlif orqanlarından alınan ekstraktlarda metal əsaslı nanohissəciklərin sintez edilməsinin texnologiyasının işləndiyini qeyd edib. O vurğulayıb ki, dərman bitkilərinin ekstraktlarında sintez edilmiş nanohissəciklər təsiredici bioloji aktiv molekulların daşıyıcısı kimi çıxış edə bilər. Bu metodla alınan nanohissəciklər nanodərmanların alınması üçün mühüm texnologiya sayılır.

Seminarda Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Orxan Güləhmədov 2024-cü ildə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və planlaşdırılan işlər haqqında məlumat verib.

Xəbərlər

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub
04/05/2026

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub
04/05/2026

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib
04/05/2026