BDU-da nanofiberlərin hazırlanması və tətbiqi məsələləri müzakirə olunub

08/07/2022

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqiqat Laboratoriyasında “Elektrospinning metodu ilə polimer əsaslı nanofiberlərin hazırlanması” mövzusunda seminar keçirilib.
Seminarda Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının Nanohissəciklər fizikası ixtisaslaşması üzrə I kurs tələbəsi Məhəmməd Bağırov eyniadlı məruzə ilə çıxış edib. Məhəmməd Bağırov müxtəlif strukturlu və formalı polimer əsaslı nanofiberlərin electrospinning metodları ilə alınması, xarici sahənin bu strukturlara təsiri haqqında məlumat verib, həmçinin nanofiberlərin tətbiqi məsələsinə toxunub.
Sonra məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Müzakirələrdə  nanofiberlərin hazırlanmasına dair təkliflər səslənib, bu quruluşların istehsalının və tətbiqinin tibb, ekologiya və elektronika sahələrinin inkişafına ciddi təsir göstərəcəyi qeyd edilib.

 

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026