BDU-da nanohissəciklərin canlı orqanizmlərə daxil olması və bioakkumulyasiyası mexanizmləri tədqiq olunur

15/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov, Zoologiya və fiziologiya kafedrasının dosenti Çingiz Məmmədov və Biofizika və biokimya kafedrasının doktorantı Aysel Hacıyevanın həmmüəllifi olduqları “Akvakultura şəraitində yetişdirilən Adi çəkinin (Cyprinus carpio Linnaeus, 1758) bağırsaqlarında dəmir nanohissəciklərinin toplanmasının ultrastruktur xüsusiyyətləri) (“Ultrastructural characteristics of the accumulation of iron nanoparticles in the intestine of Cyprinus carpio (Linnaeus, 1758) under aquaculture”) adlı məqalə “Web of Science” elmmetrik bazasına daxil olan (IF:6.8) “Ecotoxicology and environmental safety”  jurnalında dərc olunub:

https://www.sciencedirect.com/science/article/pii/S0147651323009818

Nanotexnologiyaların inkişaf etdiyi dövrdə tərkibi nanohissəciklərdən ibarət olan bir çox maddələrin istehsalı müxtəlif nanozərrəciklərin ətraf mühitə, o cümlədən də su ekosisteminə düşməsinə gətirib çıxarır. Tədqiqat işinin əsas məqsədi akvakultura şəraitində yetişdirilən Adi çəkinin (Cyprinus carpio Linnaeus, 1758) nazik bağırsağına Fe3O4 nanohissəciklərinin daxil olması və bioakkumulyasiyasının, həmçinin baş verən patomorfoloji dəyişikliklərin işıq və elektron mikroskopik üsulların köməyilə ultrastruktur xüsusiyyətlərinin öyrənilməsidir.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026