BDU-da nanokompozit təbəqələrin hazırlanması və istifadəsinə dair elmi seminar keçirilib

20/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında növbəti elmi seminar keçirilib.

Seminarda laboratoriyanın kiçik elmi işçisi və Fizika fakültəsinin lll kurs doktorantı Orxan Güləhmədov "Davamlı enerji texnologiyaları və sensor sistemləri üçün neylon və dəmir oksidi nanohissəcikləri əsaslı nanokompozit təbəqələrin hazırlanması və onların triboelektrik nanogeneratorlarda (TENG) istifadəsi" adlı məruzə ilə çıxış edib.
Orxan Güləhmədov seminar iştirakçılarına TENG-in fiziki mexanizmləri,  sensor texnologiyalarında tətbiq imkanları, üstünlükləri, neylon və dəmir oksidi nanohissəcikləri əsaslı nanokompozit təbəqələrin sprey örtük metodu ilə alınması, xarici sabit maqnit sahəsinin təsir prinsipləri, bele materialların tətbiq xüsusiyyətləri haqqında ətraflı məlumat verib.

Sonda məruzəçi sualları cavablandırıb və gələcək tədqiqatlar üçün təkliflərini bildirib.

Xəbərlər

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq
03/07/2026

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır
03/07/2026

BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır

BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır
03/07/2026