BDU-da nanokompozitlərin alınması, tədqiqi və tətbiqi üzrə tədqiqatlar davam edir

09/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Mustafa Muradov, Lalə Qəhrəmanlı, Qönçə Eyvazova, Məhəmməd Bağır Bağırov, Sevinc Məmmədyarova və Günel Əliyevanın həmmüəllifi olduqları “GO/PVS nanokompozitlərində GO konsentrasiyasının dəyişməsi və termik işləmənin onların struktur, elektrik və optik xassələrinə təsirinin tədqiqi” (Investigating the effect of thermal annealing and changing the concentration of GO in GO/PVA nanocomposites on their structural, electrical, and optical properties) adlı məqalə SCOPUS və “Web of Science” bazalarında indekslənən (WoS IF: 2.2) “ChemEngineering” jurnalında dərc olunub:

https://www.mdpi.com/2305-7084/7/5/92

Məqalədə GO/PVS-in müxtəlif konsentrasiyalarında əldə olunan nanokompozit materialların quruluşu, fiziki-kimyəvi xassələri və termik davamlılığı araşdırılıb və onların müqayisəli təhlili aparılıb.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026