BDU-da nanokompozitlərin mexanokimyəvi sintezi istiqamətində elmi tədqiqatlar uğurla davam edir

28/10/2021

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində onlayn elmi seminar keçirilib. Fakültənin Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının dissertantı Xəzəngül İbrahimova “PbS/Ni-Cr-LİH nanokompozitinin mexanokimyəvi sintezi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə PbS/Ni-Cr-LİH nanokompozitinin mexanokimyəvi sintezi, alınan nümunələrin quruluş xüsusiyyətləri, optik xassələri, morfoloji quruluşu və kimyəvi tərkibinin müxtəlif metodlarla tədqiqi üzrə alınmış nəticələr və nanokompozitin tətbiq imkanları haqqında məlumat verilib. Qeyd edək ki, nanokompozitin fotokatalitik xassələrinin öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri davam edir.

Elmi seminarda fakültənin əməkdaşları, doktorantlar, magistrantlar və tələbələr iştirak edib.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026