BDU-da nanomodifikasiya və sensorlar istiqaməti üzrə tədqiqatlar yerinə yetirilir

15/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzində “Nanomodifikasiya və sensorlar” qrupunun növbəti elmi seminarı keçirilib.

Seminarda Mərkəzin böyük elmi işçisi Sevinc Nuriyeva və elmi işçi Almara Rəhimli “Nanohibrid elektrod əsaslı qeyri-fermentativ elektrokimyəvi biosensorlar” mövzusunda çıxış ediblər. Təqdimatda çoxdivarlı karbon nanoborular və Cu (mis) nanohissəciklər əsaslı hibrid quruluşlu elektrodların hazırlanması, quruluş xüsusiyyətlərinin tədqiqi, eləcə də voltamperometrik ölçmələrin nəticələri müqayisəli şəkildə təhlili təqdim edilib, müvafiq elmi ədəbiyyatın analizi də verilib. Bildirilib ki, qlükoza, dopamin, askorbin turşusu və s. biomühitlərdə sensor effektivliyinin elektrod quruluşundan asılılığı barədə geniş araşdırmalar aparılıb. Seminarda həmçinin, çoxdivarlı karbon nanoborularının quruluş müxtəlifliklərinin (ixtiyarı, sıravi, qarışıq) sensor xassələrinə təsiri barədə aparılmış elmi araşdırmalar da nəzərdən keçirilib. Belə nanoquruluşların biomolekulların təyinində istifadəsi zamanı onların hidrofillik xüsusiyyətlərinin artırılması məsələsinin vacibliyi müzakirələrdə qeyd edilib. Elmi seminarda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026