BDU-da “Narkomaniya - ictimai bəladır” adlı tədbir keçirilib

23/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika və psixologiya  kafedrası və "Gənc istedadlar" Liseyinin birgə təşkilatçılığı ilə “Narkomaniya - ictimai bəladır” adlı vebinar keçirilib. Vebinarda təhsil müəssisələrində psixoloji və pedoqoji fəaliyyətin təkmilləşdirilməsi, məktəb psixoloqları üçün narkomanlıq problemi mövzusunda çıxışlar dinlənilib.

Tədbirdə "Gənc istedadlar" Liseyinin direktoru Arif Bağırov, BDU-nun Pedaqogika kafedrasının müdiri, professor Ləzifə Qasımova, Psixologiya kafedrasının baş müəllimi Kamilə Kazımova, Hüquq fakültəsinin dosenti Məleykə Bayramova, Respublika Narkoloji Mərkəzinin psixoloqu, BDU-nun müəllimi Ramin Allahverdiyev, liseyin psixoloqu Nigar Əhmədova və Seyid Cəfər Pişəvəri adına Humanitar fənlər gimnaziyasının direktoru İlqar Talıbov çıxış edərək narkomaniyaya qarşı mübarizə sahəsində görülən tədbirlər barədə danışıb, həyata keçirilən proqram və layihələr barədə məlumat veriblər.

Çıxışlarda narkotik vasitələrə aludəçiliyin cinayətkarlıq, zorakılıq və digər mənfi halların yaranmasına zəmin yaratdığını qeyd edilib, narkomaniya ilə mübarizə yolları diqqətə çatdırılıb. Bildirilib ki, belə maarifləndirmə tədbirlərinin davamlı olaraq keçirilməsi narkomaniya ilə mübarizə işinə, xüsusilə gənclər arasında bu bəlanın yayılmasının qarşısının alınmasında səmərəli kömək edə bilər.

Xəbərlər

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı
15/05/2026