BDU-da “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tələbələrlə görüş

24/10/2022

Bakı Dövlət Universitetində (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda I kurs tələbələri ilə görüş keçirilib.

Görüşdə fakültənin dekan müavini Şamo Cəbrayılov və BDU-da fəaliyyət göstərən 30 saylı poliklinikanın baş həkimi Sevinc Höccətova çıxış edərək bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışıblar.

Çıxışlarda həmçinin qeyd olunub ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.

Daha sonra tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026