BDU-da “Narkomaniyaya multidissiplinar yanaşma” adlı elmi-maarifləndirmə tədbiri keçirilib

21/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Narkomaniyaya multidissiplinar yanaşma” adlı elmi-maarifləndirmə tədbiri keçirilib.

Biologiya fakültəsinin sosial işlər üzrə dekan müavini Yusif Abiyev gənclər arasında narkomaniyaya qarşı profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini və bu istiqamətdə elmi, sosial və maarifləndirici yanaşmaların birgə tətbiqinin önəmini vurğulayıb.

BDU-nun Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Kamil Səlimov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquqi mübarizə mexanizmlərindən, mövcud qanunvericilik bazasından və cəmiyyətin hüquqi maarifləndirilməsinin rolundan danışıb. O bildirib ki, gənclər arasında hüquqi biliklərin artırılması narkomaniyaya qarşı mübarizənin mühüm komponentidir.

Həkim-narkoloq Araz Əliquliyev narkotik maddələrin orqanizmə təsiri, asılılığın mərhələləri, müalicə metodları və reabilitasiya prosesinin çətinlikləri barədə ətraflı məlumat verib. O, real klinik təcrübədən nümunələr əsasında gəncləri sağlam həyat tərzinə üstünlük verməyə çağırıb.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının müəllimi Emilya İgidova isə narkotik asılılığının psixoloji səbəbləri, şəxsiyyətin formalaşmasına təsiri və ailə-mühit faktorlarının roluna toxunub. O, gənclərin psixoloji dayanıqlığının artırılması üçün məktəb və universitet mühitində psixoloji dəstək proqramlarının əhəmiyyətini vurğulayıb.

Tədbirin qonaqlarından biri, Qafqaz Eksperimental Dram Teatrının direktoru Polad Ağa İbrahimov çıxışında gənclərə mədəni mühitin insanın mənəvi sağlamlığının qorunmasında rolundan bəhs edib. O, teatr sənətinin, yaradıcılığın və ictimai məsuliyyət hissinin narkomaniyaya qarşı mübarizədə mühüm təsir vasitəsi olduğunu vurğulayıb.

Tədbir çərçivəsində narkomaniyanın fəsadlarını əks etdirən maarifləndirici videoçarx nümayiş olunub və tələbələrin iştirakı ilə “İblisin oyunu” adlı səhnəcik təqdim edilib.

Sonda tədbir iştirakçıları mövzu ətrafında müzakirələr aparıblar.

 

Xəbərlər

BDU-da “Narkomaniyaya multidissiplinar yanaşma” adlı elmi-maarifləndirmə tədbiri keçirilib

BDU-da “Narkomaniyaya multidissiplinar yanaşma” adlı elmi-maarifləndirmə tədbiri keçirilib
21/10/2025

BDU-da “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış Karyera Sərgisi keçirilir

BDU-da “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış Karyera Sərgisi keçirilir
21/10/2025

BDU-da genetik tədqiqatlar üzrə beynəlxalq əməkdaşlıq genişlənir

BDU-da genetik tədqiqatlar üzrə beynəlxalq əməkdaşlıq genişlənir
21/10/2025