BDU-da narkomaniyaya qarşı maarifləndirici tədbir

04/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Yox de, həyatını qurtar” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi gənclər arasında narkomaniyanın zərərləri barədə məlumatlılığı artırmaq, sağlam həyat tərzini təşviq etmək və bu təhlükəli vərdişdən uzaq durmağın vacibliyini diqqətə çatdırmaq olub.

Coğrafiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov narkomaniyanın cəmiyyət, xüsusilə gənclər üçün yaratdığı ciddi təhlükələrdən bəhs edib. O, bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayaraq, tələbələri zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

Tədbirdə narkomaniyanın insan həyatına, sağlamlığına və gələcəyinə vurduğu zərərlər  haqqında videoçarx təqdim edilib.

Sonda tələbələrin ifasında narkomaniyanın fərdi və sosial fəsadlarını əks etdirən səhnəcik nümayiş olunub.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026