BDU-da “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” mövzusunda seminar keçirilib

26/10/2018

Bakı Dövlət Universitetində “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” mövzusunda maarifləndirici seminar keçirilib. Seminar BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Narkotizmlə Mübarizə İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

THİK sədri dosent Daşqın Qənbərov narkomaniyanın 21-ci əsrin ən böyük bəlalarından hesab olunmasından, həmçinin seminarın gənclərin maariflənməsi baxımından mühüm əhəmiyyət kəsb etməsindən danışıb.

Narkotizmlə Mübarizə İctimai Birliyinin sədri Kənan Qubadzadə təmsil etdiyi İctimai birlik haqqında məlumat verib, narkomaniya ilə mübarizənin Azərbaycan dövlətinin əsas vəzifələrindən biri olduğunu vurğulayıb. O, Narkotizmlə Mübarizə İctimai Birliyininin dövlət və Qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlığından, İctimai birlikdə könüllülük fəaliyyətinin mövcud olmasından bəhs edib, tələbələri bu istiqamətdə aktiv olmağa səsləyib.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 26 oktyabr 2018-ci il

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026