BDU-da “Narkomaniyaya yox deyirik” mövzusunda maarifləndirici tədbir

12/10/2022

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq maarifləndirici tədbir keçirilib.

Tədbirdə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov məruzə ilə çıxış edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın ölkəmizdə insanların sağlamlığının, mənəvi dəyərlərimizin qorunmasında, narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə mühüm əhəmiyyət daşıdığını bildirib. Ölkəmizdə narkomaniyaya qarşı ardıcıl mübarizə tədbirlərinin həyata keçirildiyini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyət göstərdiyini vurğulayıb. Natiq bəşəriyyətin ən böyük bəlalarından hesab edilən narkomaniya ilə savaşda hər bir vətəndaşın üzərinə məsuliyyət düşdüyünü, cəmiyyətin hər bir üzvünün, xüsusilə gənclərin aktiv fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırıb. Narkotik alverçilərinin əsasən yeniyetmələri və gəncləri hədəf kimi seçdiyini qeyd edən polkovnik-leytenant bu cür maarifləndirici tədbirlərin “ağ ölüm”lə mübarizədə xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Məruzədə ölkəmizdə bu sahə ilə bağlı mövcud statistika, eyni zamanda daxili işlər orqanları əməkdaşlarının cinayətkar qruplara qarşı apardığı mübarizə haqqında dolğun informasiyalar konkret faktlarla tələbələrin nəzərinə çatdırılıb, bu bəladan qurtulmağın yolları barədə fikirlər səsləndirilib.

Diskussiya şəraitində keçirilən görüş tələbələrin çoxsaylı sualları ilə davam etdirilib.

 

 

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026