BDU-da “Natiqsən, ya danışan?” adlı təlim 

09/04/2025

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatı və “YeniSən” platformasının birgə əməkdaşlığı ilə effektiv kommunikasiyaya dair “Natiqsən, ya danışan?” adlı təlim olub.

Təlim “YeniSən” platformasının təsisçisi və rəhbəri Turan Şabanov tərəfindən keçirilib. O, effektiv və işgüzar ünsiyyətdə natiqlik bacarıqlarının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, bədən dili, jest və mimikalar, səs tonu və emosional vurğuların ünsiyyətdəki yeri barədə ətraflı məlumat verib. Təlim müddətində iştirakçılara natiqlik və sadəcə danışmaq anlayışları arasındakı fərqi əyani və nəzəri şəkildə izah edilib.

İnteraktiv və praktiki yanaşmalar əsasında qurulan təlimdə iştirakçılar nəzəri biliklərlə yanaşı, müxtəlif məşğələlər vasitəsilə auditoriya qarşısında öyrəndiklərini tətbiq etmək fürsəti qazanıblar.

 

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026